"Atletiko"da koronavirus şoku

“Atletiko”nun futbolçusu Xose Ximenes koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 25 yaşlı müdafiəçidən götürülən test nümunələrinin nəticələrinin müsbət olduğu və uruqvaylı oyunçunun artıq karantinə alındığı  bildirilib.

Qeyd edək ki, bundan əvvəl “Atletiko"da baş məşqçi Dieqo Simeone, oyunçular Dieqo Kosta və Salvatore Aryas koronavirusa yoluxmuşdu.