"Atletiko"da Moratanın yerinə ukraynalı forvard

Ötən mövsüm Jirona forması ilə göstərdiyi performansla diqqətləri üzərinə çəkən Artem Dobvik "Atletiko"nun transfer siyahısındadır.

Sportline.az Marca-ya istinadla xəbər verir ki, "Atletiko" "Milan"a transfer olunun Moratanın boşluğunu Artem Dobvik ilə doldurmağı planlaşdırır.

Dobvikin Madrid klubunun 1 nömrəli hədəfi olduğu və transferin müsbət yekunlaşmağa yaxın olduğu bildirilib.

Ötən mövsümü 24 qolla tamamlayan 27 yaşlı hücumçu La Liqanın bombardiri olub.

Qeyd edək ki, futbolçu daha əvvəl "Midyulənd", "Dnepr" və "Zaria Balti" klubunda çıxış edib.