"Atletiko"dan "Sevilya"ya
"Sevilya" klubu "Atletiko" Madridin yarımmüdafiəçisi Saul Niqesi heyətinə qatdığını açıqlayıb.
Sportline.az Əndəlüs klubunun rəsmi saytına istinadla xəbər verir ki, 29 yaşlı futbolçu icarə əsasında komandada çıxış edəcək. Onunla müqavilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulub.
"Atletiko"nun heyətində 2012-ci ildə debüt edən futbolçu paytaxt klubu ilə 427 oyunda 48 qol və 26 asistlə çıxış edib. Saul "qırmızı-ağlar"ın heyətində La Liqanın, İspaniya Kuboku və Superkubokunun, eləcə də Avropa Liqası və UEFA Superkubokunun qalibi olub.
Qeyd edək ki, Saul ötən mövsümü Londonun "Çelsi" klubunda keçirib.