Autsayder baş məşqçi ilə vidalaşdı

La Liqa təmsilçisi "Espanyol" baş məşqçisi Pablo Maçini istefaya göndərib.

Sportline.az xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqavilə vaxtından əvvəl ləğv olunub. Klub komandanın cari mövsüm ölkə çempionatındakı uğursuz nəticəsi səbəbindən bu addımı atıb.

Qeyd edək ki, "Espanyol" 18 turdan sonra 10 xalla 20 komanda arasında sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, P. Maçin oktyabrdan İspaniya klubunu çalışdırırdı.