AVRO 2020: Hacı Əliyev azarkeşlik etdiyi komandanı niyə dəyişdi?

Avropa çempionatında mübarizə davam edir.

Sportline.az saytına açıqlama verən güləş üzrə olimpiya mükafatçısı, üçqat dünya, üçqat Avropa çempionu Hacı Əliyev AVRO 2020-də dəstəklədiyi komandanın adını açıqlayıb.

"Azarkeşlik etdiyim komanda Türkiyə idi. Təəssüflər olsun ki, qrupdan çıxa bilmədilər. Bu idmandır. Uduzmaq da var, udmaq da. Ondan başqa Almaniya millisinə marağım var. Türkiyə mübarizəni dayandırdığı üçün qitə turnirində almanlara azarkeşlik edirəm".