Avroliqa: "Fənərbağça"dan rekord

Kişi basketbolçuların avroliqa yarışı davam edir.

Sportline.az xəbər verir ki, artq 4-cü turun görüşləri keçirilir. “Fənərbağça” “Yuniks Kazan”ı qəbul edib. İlk dəqiqələrdən üstünlüyünü qoruyan Türkiyə komandası sonadək təşəbbüsü əldən verməyib. Bütün hissələrdə qalib gələn İstanbul təmsilçisi yekunda 80-41 hesabı ilə rəqibini məğlub edib. Bununla da, “Fənərbağça” Avroliqa tarixində 39 xal fərqilə qalib gələn yeganə komanda olub. “Yuniks Kazan” isə bu nəticə ilə antirekorda imza atıb.

Rusiyanın digər təmsilçisi “Zenit” isə qələbə qazanıb. “Bavariya”nı qəbul edən Sankt-Peterburq komandası yekunda 8 xal fərqilə qalib gəlib. Rusiya basketbolçuları 79-71 hesabı ilə Almaniya klubunu məğlub ediblər.

Almaniyanın digər komandası “Alba” da uduzub. Özü də doğma meydanda. “Baskoniya” ilə qarşılaşan Berlin təmsilçisi 76-80 hesabı ilə azarkeşlərini məyus edib.

Daha bir görüşdə isə “Lion” “Makkabi Təl Əviv”lə üz-üzə gəlib. Fransa basketbolçuları yalnız sonuncu hissədə qələbə qazanıblar. Amma bu, israillilərin qalib gəlmələrinə mane olmayıb. “Lion” – “Makkabi Təl Əviv”: 85-93