Ayaksın baş məşqçisi maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb

Sabah keçiriləcək “Ayaks” – “Beşiktaş” oyunu öncəsi baş məşqçilər və futbolçuların mətbuat konfransı keçirilib.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Avropa Liqasının ilk turunda keçiriləcək oyun qabağı Niderland klubunun çalışdırıcısı Françesko Farioli maraqlı açıqlamalarla diqqət çəkib.

İtaliyalı çalışdırıcı həmkarı Covanni van Bronkhorstun "Beşiktaş"da yaxşı iş gördüyünü və "ağ-qaralar"ın kifayət qədər güclü heyətə malik olduğunu bildirib.

“Beşiktaş” mövsümə əla start verib. Onlar “Qalatasaray”ı böyük hesabla məğlub ediblər. Heyətlərində çox təhlükəli oyunçuları var. İmmobile, Rafa Silva, Qedson Fernandeş və Joao Mario kimi dünya səviyəli oyunçulardan qurulu heyətə malikdir” deyə Farioli fikirlərində qeyd edib.

Qeyd edək ki, “Ayaks” – “Beşiktaş” matçı sabah saat 23:00-da başlayacaq.