Ayaz Quliyev: "Qlamur məkanları xoşlamıram"

Rusiyanın "Ximki" klubunun Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyev futboldankənar sualları cavablandırıb.

Sportline.az xəbər verir ki, o, "Matç TV"yə müsahibəsində səs-küylü yerləri sevmədiyini deyib: "Moskvada da həyatım Mahaçqala və Rostovdakı kimidir. Əsas vaxtımı komanda ilə birgə keçirirəm. Məşqlər, bərpa prosesləri... Ümumiyyətlə qlamur məkanları xoşlamıram. Yaxşı restoranlara baş çəkə bilərəm. Amma, səs-küylü yerlərdən uzağam. Hətta yeniyetmə vaxtlarımda da buna meylli olmamışam".

Qeyd edək ki, Quliyevin şərəfini qoruduğu və azərbaycanlı iş adamı Tufan Sadıqovun sahibi olduğu "Ximki" 28 turdan sonra 18 xalla Premyer Liqada qalmaq üçün nəzəri imkanlarını itirib.

Banner