Azərbaycan əsilli futbolçu İrandakı vəziyyətə görə DÇ-2022-yə getməyəcək

İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daei dünya çempionatı üçün Qətərə getməyəcək.

Sportline.az xəbər verir ki, 53 yaşlı veteran hücumçu bu barədə şəxsi instaqram hesabında bildirib.

Sabiq forvard FIFA və Qətər Futbol Federasiyasının rəsmi dəvətini geri çevirdiyini yazıb: "Çoxumuzun özünü yaxşı hiss etmədiyi bu günlərdə ölkəmdə sizinlə birlikdə olmaq üçün həyat yoldaşım və qızlarımla mundialda iştiraka yox dedim. Yaxınlarını itirən ailələrə başsağlığı verirəm. İran və iranlılar üçün aydınlıq günlər ümidi ilə".