Azərbaycan klublarında çıxış etmiş futbolçu vəfat edib
SSRİ dövründə Azərbaycan klublarında çıxış etmiş Boris Falskovski vəfat edib.
Sportline.az xəbər verir ki, veteran futbolçu 85 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, B.Falskovski vaxtilə Azərbaycanın “Neftyanik” (Bakı) və “Dinamo” (Kirovabad) komandalarının şərəfini qoruyub.