Azərbaycan kuboku: "Neftçi" və "Qarabağ" 1/4 final mərhələsində
“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.
Sportline.az xəbər verir ki, Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb. Topa ilk toxunuşu Prezident İlham Əliyev edib.
Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.
Mərhələnin son oyunu isə "Neftçi Arena"da yerli komanda ilə "Qaradağ Lökbatan" arasında keçiriləcək.
Azərbaycan Kuboku
1/8 final
21 dekabr
"Qarabağ" - MOİK 1:0
Qollar:Nəriman Axundzadə 90+4
Xankəndi şəhər stadionu
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu
"Neftçi" - "Qaradağ Lökbatan" 4:0
Qollar: Olanare 20, Murad Qayalı 72(avtoqol), Boqomolski 77, Şinyaşiki 80
Hakim: Kamran Əliyev
Neftçi Arena