Azərbaycan millisi Serbiya səfərində
Milli futbol komandamız bu gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda bi gün Serbiya seçməsinin qonağı olacaq. “Rayko Mitiç” stadionunda keçiriləcək matçı Belçikadan olan hakimlər briqadası idarə edəcək.
Azərbaycan millisi seçmə mərhələdə yer aldığı A qrupunda 1 xalla sonuncudur. Serbiya isə 14 xalla liderdir.
Qeyd edək ki, qrupun digər matçında Portuqaliya millisi Lüksemburqla qarşılaşacaq.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, 8-ci tur
12 oktyabr
22:45. Serbiya – Azərbaycan
Baş hakim: Erik Lambrekts (Belçika)
Belqrad. “Rayko Mitiç” stadionu.
Xal durumu: Serbiya – 14, Portuqaliya – 13, Lüksemburq – 6, İrlandiya – 5, Azərbaycan - 1