Azərbaycan millisinin məşqçisi klubların hazırlıq prosesini izləmək üçün Türkiyəyə yollanacaq

Azərbaycan millisinin məşqçisi Arif Əsədov klubların hazırlıq prosesini izləmək üçün Türkiyəyə yollanacaq.

Sportline.az xəbər verir ki, 53 yaşlı mütəxəssis bu məqsədlə yanvarın 8-də Antalyaya gedəcək.

Ayın 13-dək Türkiyədə qalacaq A.Əsədov orada təlim-məşq toplanışında olacaq Premyer Liqa komandalarının yoxlama oyunlarını izləyəcək. Mütəxəssis yanvarın 13-də Bakıya qayıdacaq və ölkə daxilində hazırlıq keçən kollektivlərin sınaq matçlarına baxacaq.

Qeyd edək ki, “Neftçi”, “Sabah”, “Səbail”, “Turan Tovuz” və “Sumqayıt” qış təlim-məşq toplanışını Türkiyədə, digər komandalar isə ölkə daxilində keçirəcəklər.