"Qarabağ" "Qəbələ"ni məğlub etdi

Kaxaber Sxadadze bu gün “Qəbələ”də debüt oyununa çıxacaq

Sportline.az xəbər verir ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” lider “Qarabağ”ı qəbul edəcək.

Qəbələ şəhər stadionunda baş tutacaq matç “qırmızı-qaralar”ın yeni baş məşqçisi Kaxaber Sxadadzenin komandanın "sükanı arxasında" debüt oyunu olacaq. Baş hakim Tural Qurbanov saat 19:00-da oyunun start fitini səsləndirəcək.

Azərbaycan Premyer Liqası

XXIII turdan təxirə salınan oyun

28 fevral

19:00. “Qəbələ” – “Qarabağ” 0-4

QOL: Adama Diakabi, 47. Riçard Almeyda, 59. Nəriman Axundzadə, 65. Marko Yankoviç, 80. 

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Qəbələ şəhər stadionu