Azərbaycanın iki paralimpiyaçısı Qran-pri yarışında iştirak edəcək

Azərbaycanın iki paralimpiyaçısı İtaliyanın Cesolo şəhərində keçiriləcək Qran-pri yarışında iştirak edəcək.

Milli Paralimpiya Komitəsindən Sportline.az-a verilən məlumata görə, atletika üzrə paralimpiya çempionları Orxan Aslanov və Lamiyə Vəliyeva adıçəkilən turnirdə mübarizə aparacaqlar.

Onlar bu gün start götürəcək Qran-priyə qatılmaq üçün İtaliyaya yollanıblar. Turnir mayın 15-dək davam edəcək.

Qeyd edək ki, Qran-pri bu ilin iyulunda Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına lisenziya qazandırır.

Banner