"Bakı çox gözəldir, qonaqpərvərlik yüksək səviyyədədir"
ABŞ-dən olan MMA döyüşçüsü Camal Hill Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı danışıb.
Sportline.az xəbər verir ki, idmançı mətbuat konfransında fikirlərini bölüşüb.
O, paytaxtımızı çox bəyəndiyini vurğulayıb:
"Şəhər çox gözəldir. Qonaqpərvərlik yüksək səviyyədədir. Məni ağır döyüş gözləyir. Ancaq qələbə haqqında fikirləşirəm. Görüşə hərtərəfli hazırlaşmışam".
Döyüşçü Bakıya səfəri zamanı mövcud vəziyyətlə əlaqədar çətinliklə üzləşməsi ilə bağlı danışıb:
"Belə şeylər mənim döyüşümə təsir etmir. Görüşüm axşam saatlarındadır. Nələrin baş verəcəyini birlikdə görəcəyik. Rəqibim qarşısında necə idmançının olduğunu düşünməlidir. Mənə nisbətən onun üzünə daha çox zərbələr dəyir".
Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Camal Hill gecənin əsas döyüşündə həmyerlisi Halil Rauntri ilə üz-üzə gələcək.