Bakıda yeni buz meydançası istifadəyə verildi
Gənclər və İdman Nazirliyi tərəfindən Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib.
Sportline.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı idman obyektində açılış mərasimi təşkil olunub.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, olimpiya çempionları, idman səfirləri və federasiya rəsmiləri iştirak ediblər.