Bakıda dama üzrə beynəlxalq yarış keçirilir
Bu gün Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş 100 xanalı dama üzrə beynəlxalq turnirə start verilib.
Sportline.az xəbər verir ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda 30 damaçı bacarığını göstərir. Azərbaycan, Rusiya, Özbəkistan, Belarus və Gürcüstan idmançılarının mübarizə apardığı turnirdə dünyanın dama üzrə beynalxalq qrosmeysterləri və beynəlxalq ustaları iştirak edir.
Yarışın əsas favoriti isə hazırkı dünya çempionu Andrey Valiukdur.
Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Damaçılar İttifaqı və Azərbaycan Şahmat Federasiyasının birgə təşkil etdiyi beynəlxalq turnirə dekabrın 17-də yekun vurulacaq.