Barkola qərarını verdi
"Paris Sen-Jermen"in fransalı futbolçusu Bredli Barkola karyerası ilə bağlı qərar verib.
Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı sol cinah vingeri Paris klubundan ayrılmaq niyyətində deyil.
Barkola PSJ-də xoşbəxt olduğunu söyləyib. O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 60 matçda 21 qol 20 asistlə yadda qalıb.
Qeyd edək ki, gənc futbolçu ilə Londonun "Arsenal" klubu yaxından maraqlanır.