"Barsa"nın futbolçusu "Şalke"yə lazım olmadı

"Şalke" "Barselona"dan qışda icarəyə götürdüyü futbolçu Jan-Kler Todibonu birdəfəlik almamaq qərarına gəlib.

Sportline.az "Marca"ya istinadən xəbərə görə, Almaniya təmsilçisi 20 yaşlı müdafiəçi üçün 25 milyon avro ödəmək istəməyib. Klubun onu almaq hüququnun müddətinin mayın 31-i başa çatdığı vurğulanıb.

"Barselona"nın  Todibonu başqa kluba satmağa çalışacağı vurğulanıb.

Qeyd edək ki, Todibo "Şalke"də 10 matçda meydana çıxıb.