"Barselona" 17 yaşlı futbolçu ilə yeni müqavilə bağladı

Əsasən gənc futbolçulara üstünlük verən "Barselona" yetirmələrinə güvənməkdə davam edir.

Sportline.az xəbər verir ki, kataloniyalılar Pau Kubarsi ilə də müqaviənin müddətini uzadıblar.

Bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

17 yaşlı futbolçu ilə 2027-ci ilin 30 iyununadək anlaşma imzalanıb.

Transfer qiyməti kimi isə 500 milyon avro təsdiq olunub. 

Qeyd edək ki, cari mövsümdə 15 oyunda meydana çıxan Kubarsi fərqlənməyi bacarmayıb.