"Barselona" "Atletik"in ulduzunu transfer edir

"Barselona" yeni mövsüm üçün heyəti gücləndirməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, kataloniyalıların bu siyahısına "Atletik"in forvardı Niko Uilyams da daxildir.

Bu haqda klub prezidenti Joan Laporta mesaj verib.  

O, fanatlardan birinin "Niko Uilyamsın transferini reallaşdıracaqsınızmı" sualına "Buna çalışacağıq" cavabını verib.

Qeyd edək ki, bundan əvvəl yayılan xəbərlərdə "Barsa"nın bu yay "Real Sosyedad"dan Mikel Merino və "Leypsiq"dən Daniel Olmonu da transfer etmək niyyətində olduğu bildirilirdi.