"Barselona" Avro 2024-ün ulduzuna 6 illik müqavilə təklif edib
"Barselona" "Laypsiq"in hücumameyilli yarımmüdafiəçisi Daniel Olmonu transfer etməkdə maraqlıdır.
Sportline.az Mundo Deportivo-ya istinadla xəbər verir ki, katalaoniyalılar futbolçunun nümayəndələrinə 6 illik müqavilə təklifi göndəriblər.
Maaş məsələsinə gəlincə, La Liqanın müəyyən etdiyi maliyyə feyr-pley qaydalarını pozmamaq üçün ilk iki ildə daha az olacağı və üçüncü ildən artmağa başlayacağı qeyd olunub.
Mənbənin məlumatına görə, Olmonun "Mançester Siti" və "Bavariya"dan da təklifləri var. Bundan başqa, yarımmüdafiəçi ilə "Liverpul", "Mançester Yunayted" və "Atletiko Madrid" də maraqlanır.
Qeyd edək ki, Dani Olmo Avro 2024-də 3 qol və 2 asistlə yadda qalıb.