"Barselona" bu yay ispaniyalı oyunçu ilə yollarını ayıracaq

İspaniyalı yarımmüdafiəçi Serxio Roberto gələn mövsüm "Barselona"da olmayacaq.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər bu yay yolları ayıracaqlar. Futbolçunun hələ heç bir klubla anlaşması yoxdur, lakin o, İngiltərə və İtaliya da daxil olmaqla bir neçə variantı dəyərləndirir.

Daha əvvəl İspaniya mətbuatında 32 yaşlı futbolçu ilə "Sevilya", "Valensiya" və "Jirona"nın maraqladığına dair xəbərlər yayılmışdı.

Qeyd edək ki, Serxio Roberto 2010-2011 mövsümündən "Barselona"da çıxış edir. Komandada kapitanlığa qədər yüksələn təcrübəli futbolçu Kataloniya klubu ilə ümumillikdə çıxdığı 373 oyunda 19 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.