"Barselona" Dani Olmo ilə razılığa gəlib

İspaniya millisinin hücumçusu Dani Olmo karyerasını Vətənində davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, onun yeni mövsümdə "Barselona"nın formasını geyinəcəyi gözlənilir.

Kataloniyalılar bununla bağlı Almaniyanın "Leypsiq" klubuna təklif ünvanladığı bildirilir.

Bu haqda Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, Katalon təmsilçisi futbolçunun özü ilə artıq razılığa gəlib. 

26 yaşlı futbolçunun "Barselona ilə 2030-cu ilədək müqavilə bağlayacağı deyilir.

Bu transfer kataloniyalılara 55 milyon avroya başa gələcək.