"Barselona" gənc futbolçu ilə müqavilə imzaladı
"Barselona" klubu 18 yaşlı braziliyalı futbolçu ilə müqavilə imzalayıb.
Sportline.az Gaol.com-a istinadla xəbər verir ki, "Atletiko Parinensi" klubuna məxsus olan Vitor Rokui "Barselona"ya trasnfer olunub. Kataloniya klubu gənc futbolçu üçün 39 milyon avro ödəməli olub.
Vitor Rokui müqavilə imzalandıqdan sonra açıqlmasında "Barselona"nın uğurları üçün əlindən gələni edəcəyini bildirib.
Qeyd edək ki, Vitor Rokui bu mövsüm çıxdığı 45 oyunda 21 qol, 8 asistlə yadda qalıb.