"Barselona" ilə "Real" sülh bağladı
Bu gün diqqətlər dünya futbolunun ən prinsipial qarşılaşmalarından sayılan "El-Klasiko"ya yönəlmişdi.
Sportline.az xəbər verir ki, La Liqanın 10-cu turundan təxirə salınmış “Barselona” – “Real” görüşü böyük maraqla gözlənilirdi.
Hazırda eyni xala malik barışmaz rəqiblər 36 xalla 1-ci - 2-ci yerləri bölüşürlər.
Qeyd edək ki, “Nou Kamp”da keçirilən oyunda hesab açılmadı.
“Barselona” – “Real” 0:0