"Barselona" italiyalı futbolçu üçün təklif göndərəcək
"Barselona" Federiko Kyeza üçün "Yuventus"a təklif göndərməyə hazırlaşır.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, kataloniyalılar 26 yaşlı futbolçunun transferi üçün "Qoca sinyora"ya 9+4 milyon avro təklif edəcəklər.
Ötən mövsüm "Yuventus"la 37 oyuna çıxan Kyeza aktivinə 10 qol və 3 asist yazdırıb.
Qeyd edək ki, hücumçu Barselonaya keçmək üçün maaşının 5 milyon avrodan 4-ə enməsinə razıdır.