“Barselona” “Nou Kamp”a qayıdır

“Barselona” rəsmi olaraq 10 avqustda “Kamp Nou”ya qayıdacağını açıqlayıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı və sosial media hesabları vasitəsilə məlumat verilib.

Komandanın tarixi stadionuna dönüşü ənənəvi “Joan Qamper” kuboku ilə qeyd olunacaq. Bu matçla “Barselona” yeni mövsümə hazırlaşacaq.

Qeyd: “Barselona” 2023-cü ildən bəri stadionda aparılan yenidənqurma işləri səbəbindən “Kamp Nou”dan uzaqda idi. Bu müddət ərzində komanda Montjuidə yerləşən Olimpiya Stadionunda ev oyunlarını keçirirdi.