"Barselona" N'Qolo Kanteni istəyir

"Barselona" Fransa millisinin yarımmüdafiəçisi N'Qolo Kante ilə yenidən maraqlanır.

Sportline.az Sport.24.ru-ya istinadla xəbər verir ki, Kataloniya klubu 2023-cü ildə də "Çelsi" ilə müqaviləsi bitən futbolçunu istəmişdi, lakin Kante Ərəbistana üz tutmuşdu.

"Barselona" 33 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.

Mənbənin xəbərinə görə, Kanteni transfer etmək istəyən bir digər klub "Vest Hem Yunayted"dir. "Əl-İttihad" komandası "çəkicdöyənlər"in fransalı ulduz üçün rəsmi təklifini rədd edib.

Qeyd edək ki, N'Qolo Kante ötən mövsüm "Əl-İttihad"ın heyətində 44 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.