"Barselona" onunla razılığa gəldi

“Barselona” heyətinə yeni futbolçu cəlb edir.

Sportline.az “Sport.es”ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Norviç”in müdafiəçisi Maksimilian Eronsla razılığa gəlib. 20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, ingiltərəli futbolçu “Norviç”in yetirməsidir. O, ötən mövsüm Premyer Liqada 36 oyunda meydana çıxıb.