"Barselona" "Real"a qarşı

La Liqada bu gün "El-Klassiko" oynanılacaq.

Sprotline.az xəbər verir ki, 26-cı turda lider "Barselona" 2-ci pillədəki "Real"la qarşılaşacaq. Matç yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq. Bu komandalar arasında İspaniya kubokunun yarımfinalında keçirilən sonuncu görüşdə Kataloniya təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Barselona" hazırda 65 xalla 1-ci, "Real" 56 xalla 2-cidir.

19 mart

00:00. "Barselona" - "Real"