"Barselona" rəsmi olaraq Xavi ilə yollarını ayırıb

Barselona baş məşqçi Xavinin istefaya göndərib.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, bu barədə katalon klubunun mətbuat xidməti məlumat yayıb.

"Barselona"nın prezidenti Juan Laporta bu gün Xavi ilə keçirilən görüşdə, ona növbəti mövsümdə komandanın baş məşqçisi olmayacağını bildirib.

Xavi "Barselona"nın baş məşqçisi kimi son oyununu bazar günü "Sevilya"ya qarşı keçirəcək.

Qeyd edək ki, klubun rəsmi saytında yaxın günlərdə yeni baş məşqçi ilə bağlı açıqlama veriləcəyi  bildirilib.