"Barselona" ulduz futbolçu ilə yolları ayıracaq

"Barselona" yay transfer pəncərəsində ciddi dəyişikliklər planlaşdırır.

Sportline.az "AS"a istinadla xəbər verir ki, kataloniyalılar bəzi futbolçularla yolları ayırmaq qərarına gəliblər.

Onlardan birinin Frenki de Yonq olacağı artıq dəqiqləşib.

Niderlandlı futbolçu komandanın ən bahalı üzvlərindən sayılır.

Qeyd edək ki, onun "Barsa" ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununadək nəzərdə tutulub.

Transfermarkt portalında Frenkinin dəyəri 70 milyon avrodur.