"Barselona"da İlkaydan sonra daha bir ayrılıq yaşana bilər

"Barselona" klubunda növbəti ayrılıq gözlənilir.

Sportline.az The Athletic-ə istinadla xəbər verir ki, Kataloniya klubu ötən mövsümün ikinci dövrəsində heyətinə qatdığı Vitor Rokeni icarə əsasında "Real Betis"ə göndərəcək.

İki klub arasında danışıqlar yekunlaşmaq üzrədir.Rokenin "Barselona" ilə  məşqlərə çıxmadığı və transferin qısa müddətdə tamamlanacağı qeyd edilib.

Qeyd edək ki, İspaniya klubuna 40 milyona avro qarşılığında transfer olunun Roke karyerası ərzində 118 oyunda 37 qol vurub, 13 asist edib.