"İnter"də yeni futbolçu

İtaliya "İnter"i Arturo Vidalın transferini rəsmiləşdirib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, çilili futbolçu A Seriyası təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.

Milan klubu 33 yaşlı yarımmüdafiəçinin transferi üçün 1 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Vidal "Barselona”ya 2018-ci ildə 18 milyon avroya "Bavariya"dan transfer olunmuşdu.