"Barselona"da yeni müqavilə təklifi

"Barselona" qapıçısı Andre Ter-Ştegenlə müqavilənin müddətini uzatmaqla bağlı danışıqları davam etdirir.

Sportline.az "AS"a istinadən xəbər verir ki, tərəflər son zamanlar danışıqlarda irəliləyiş əldə ediblər. Bildirilib ki, 29 yaşlı qolkiperlı müqavilənin müddəti 2025-ci ilin yayına kimi uzadılacaq. Onunla bu mövsümün sonuna kimi rəsmi müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Ter-Ştegenin klubu ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.