"Barselona"dan 18 milyon avroluq transfer

İspaniyanın "Barselona" klubu İngiltərə "Mançester Siti"sində çıxış edən Erik Qarsiyanı heyətinə cəlb edəcək. 

Sportline.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 19 yaşlı yarımmüdafiəçi üçün 18 milyon avro ödəyəcək. İspaniyalı oyunçunun transferinin yaxın vaxtda açıqlanacağı gözlənilir. 

Qeyd edək ki, Erik Qarsiya "Barselona"nın yetirməsidir. O, 2017-ci ildə "Mançester Siti"yə keçib.