"Barselona"dan ayrılır
"Barselona"nın ispaniyalı futbolçusu Ferran Torres karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Arsenal" və "Tottenhem" 26 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "The Athletic" nəşri məlumat yayıb.
Qeyd edək ki, F.Torresin dəyəri 50 milyon avrodur.