"Barselona"dan İngiltərə klubuna

"Barselona"nın futbolçusu Nelson Semedu karyerasını böyük ehtimalla İngiltərədə davam etdirəcək.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı müdafiəçinin "Vulverhempton"a keçidi yaxın vaxtlarda rəsmiləşəcək. 26 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalayacaq.

Premyer Liqa təmsilçisinin bu transfer üçün 35 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Semedu ötən mövsüm La Liqada 32 matçda 1 qol vurub, 4 qolun ötürməsini verib.