"Barselona"nın futbolçusundan bəd xəbər

"Barselona"nın zədəli futbolçusu Filippe Koutinyonun durumuna aydınlıq gəlib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqanın 7-ci turunun “Real”la oyununda (1:3) sol ayaq budundan xəsarət alan braziliyalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Yuventus”la oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Yuventus” – “Barselona” matçı oktyabrın 28-də keçiriləcək.