"Barselona"nın "Jaon Qamper" kubokundakı rəqibi məlum olub

"Barselona"nın hər il ənənəvi olaraq təşkil etdiyi "Joan Qamper" kubokundakı rəqibi bəlli olub.

Sportline.az Kataloniya klubunun rəsmi saytına istinadla xəbər verir ki, "Barselona" bu il turnirdə "Monako" ilə qarşılaşacaq.

Görüş Luis Kompanis adına Olimpiya stadionunda baş tutacaq.

1997-ci ildən təşkil olunan bu turnir tək oyun formatında keçirilir. 

Qeyd edək ki, "Barselona" son olaraq 2023-cü ildə "Tottenhem"i 4-2 hesabı məğlub edərək kubokun sahibi olub.