"Barselona"nın kapitanı komandasını dəyişə bilər

"Barselona"nın kapitanı Serxio Roberto digər Katalonya klubuna keçə bilər.

Sportline.az Mundo Deportivoya istinalda xəbər verir ki, "Jirona" klubu 32 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.

Xəbərdə "Sevilya" va "Valensiya"nın da oyunçu ilə maraqlanıdğı bildirilir.

Yarımmüdafiəçinin "Barselona" ilə müqaviləsi iyunun 30-da başa çatacaq.Transfermarkt portalında Serxionun transfer dəyəri 2.5 milyon avrodur.

Qeyd edək ki, təcrübəli oyunçu bu mövsüm klubu ilə çıxdığı 24 oyunda 3 qol və 3 asistlə yadda qalıb.