"Barselona"nın növbəti transfer hədəfi

"Barselona” klubu, "Tottenhem”in yarımmüdafiəçisi Tanqi Ndombelenin ovuna çıxıb.
 
Sportline.az "Sky Sports”a istinadən xəbər verir ki, kataloniyalılar Nelson Semedu və Samuel Umtitinin əvəzinə onu heyətə qatmaq niyyətindədirlər.
 
Qeyd edək ki, 23 yaşlı Ndombele bu mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 19 oyunda, 2 qol və 2 məhsuldar ötürmənin müəllifidir.