"Barselona"nın yeni baş məşqçisi Hansi Flik oldu

Xavi ilə yollarını ayıran "Barselona"da yeni baş məşqçinin adına aydınlıq gəlib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, katalon klubu almaniyalı mütəxəssis Hansi Fliklə 2 illik müqavilə bağlayıb.

Son olaraq Almaniya millisini çalışdıran Hansi Flik, 2019-2020 mövsümündə "Bavariya" ilə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, "Barselona" Xavinin rəhbərliyi altında İspaniya La Liqasının 2023/2024 mövsümünü ikinci pillədə başa vurub. Komanda 38 oyunda 85 xal toplayıb.