"Barselona"nın yeni ulduzundan rekord

“Barselona”nın futbolçusu Ansu Fati Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
 
Sportline.az xəbər verir ki, 17 yaşlı oyunçu buna ötən gün “Ferensvaroş”la matçda (5:1) qol vurmaqla nail olub. Turnirdə ilk dəfə 2019-cu ilin 10 dekabrında “İnter”lə görüşdə fərqlənən ispaniyalı yarımmüdafiəçi Çempionlar Liqasında 18 yaşı tamam olmamış 2 qol vurmağı bacaran ilk futbolçu kimi rekorda imza atıb.
 
Qeyd edək ki, A.Fati ötən ildən Kataloniya klubunun əsas komandasında çıxış edir. O, bu mövsüm La Liqada 4 oyuna çıxaraq, 3 qol vurub.

Xatırladaq ki. Fati İspaniya millisinin heyətində Millətlər Liqasının Ukrayna ilə matçında fərqlənərək, yığmada qol vuran ən gənc futbolçu adına da yiyələnib.