"Borussiya Dortmund" türkiyəli çalışdırıcyla danışıqlara başlayıb
Türkiyənin "Antalyaspor" klubunda baş məşqçi vəzifəsində çalışan Nuri Şahin "Borussiya Dortmund" klubu ilə danışıqlara başlayıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qırmızı-ağlar"la müqavilə müddətini uzatmayıb və Almaniyaya gedib.
Nuri Şahin ilk öncə "Borussiya Dortmund"un baş məşqçisi Edin Treziçin köməkçisi olaraq çalışacaq. Daha sonra isə baş məşqçilik üçün lisenziyasını tamamlamalı olacaq.
Qeyd edək ki, Nuri Şahin "Antalyaspor"u çalışdırğı 25 matçın 14-də qələbə qazanıb.