"Başakşəhər"də yeni futbolçu

"Monako"nun futbolçusu Naser Şadlinin "Başakşəhər"ə keçidi rəsmiləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Onun yeni klubunda 11 nömrəli forma geyinəcəyi bildirilib.

Qeyd edək ki, 31 yaşlı oyunçu 2018-ci ildən "Monako"nun şərəfini qoruyurdu.