"Bavariya" klubu ingiltərəli mərkəz müdafiəçisini trasnfer edir

"Bavariya" klubu ingiltərəli mərkəz müdafiəçisi Erik Dayer üçün "Tottenhem"lə danışıqlara başlayıb. 

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, 29 yaşlı futbolçu "Bavariya"da Hari Keynə qoşulmağa hazır olduğunu bildirib.

Komandalar arasında şərtlər razılaşdırılıb və futbolçunun keçidi üçün müqavilə imzalanacağı deyilib. "Bavariya" klubu Erik Dayer üçün "Tottenhem"ə 20 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, Erik Dayer bu mövsüm "Tottenhem" klubuyla cəmi 4 oyunda meydana çıxıb.