"Bavariya" "Tottenhem"in futbolçusnu istəyir

"Bavariya" "Tottenhem"in mərkəz müdafiəçisinin transferində maraqlıdır. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Almaniya nəhəngi ingiltərəli futbolçu Erik Dayeri heyətinə qatmaq istəyir. 

"Bavariya" 29 yaşlı mərkəz müdafiəçisi üçün "Tottenhem"ə 20 milyon avro təklif edib.

Qeyd edək ki, Erik Dayer bu mövsüm "Tottenhem" forması ilə cəmi 4 oyunda meydana çıxıb.